Mobil satış · SFA

U-Trade

Sahə satışı bütövlükdə cibinizdə

U-Trade distribyutor və istehsalçı şirkətlərin sahə komandası üçündür. Təmsilçi müştərinin yanında olduğunu GPS ilə təsdiqləyir, qalıqları görərək sifariş yazır, ödəniş qəbul edir və Bluetooth printerdən çek çap edir. Rəhbərlik isə hər ziyarəti, sifarişi və marşrutu real vaxtda izləyir.

İmkanlar

U-Trade ilə nə edə bilərsiniz

GPS ilə ziyarət nəzarəti

Giriş və çıxış koordinatla qeydə alınır, müştəriyə məsafə avtomatik hesablanır.

Sifariş və kassa

Qalıq və qiymətləri görərək sifariş, nağd və nisyə ödəniş qəbulu.

Kampaniya və endirim mühərriki

Müştəri və məhsul qrupları üzrə kampaniyalar sifariş zamanı avtomatik tətbiq olunur.

ERP inteqrasiyası

Mikro və digər ERP sistemləri ilə iki istiqamətli məlumat mübadiləsi.

Bluetooth çek çapı

Mobil printerdən müştəriyə yerindəcə çek və sənəd çapı.

Qaytarma sorğuları

Səbəbli qaytarma sorğuları və çoxpilləli təsdiq zənciri.

Tərkib

Modullar

  • Mobil tətbiq

    Android və iOS üçün təmsilçi tətbiqi — ziyarət, sifariş, kassa, merçendayzinq.

  • İdarəetmə paneli

    Veb əsaslı panel: kampaniyalar, qiymət tipləri, satıcılar, marşrutlar, hesabatlar.

  • Merçendayzinq

    Rəf yoxlaması üçün sual siyahıları və foto hesabatlar.

  • Terminal tətbiqi

    Anbar və yükləmə əməliyyatları üçün barkod terminalı interfeysi.

U-Trade — təqdimat şəkli

Biznesinizi rəqəmsallaşdırmağa hazırsınız?

Ehtiyaclarınızı danışaq, sizə uyğun həlli göstərək. Demo pulsuzdur və heç bir öhdəlik yaratmır.