Proqram təminatı · İnteqrasiya · Dəstək
Biznesinizi idarə edən proqramlar — bir komandadan
Kassadan anbara, satınalmadan sahə satışına qədər: U-SOFT Azərbaycan bazarı üçün proqram təminatı hazırlayır, quraşdırır və dəstəkləyir. Həllərimiz fiskal cihazlar, bank terminalları və ERP sistemləri ilə hazır inteqrasiya olunur.
- Azərbaycan dilində interfeys
- Offline işləyən kassa
- Yerli komanda, sürətli dəstək
Məhsullar
Hər sahə üçün hazır həll
Hər məhsul real müəssisələrin gündəlik işində yaranıb və orada sınanıb. Lazım olanı seçin — qalanını birlikdə quraq.
U-POS
Pərakəndə satışPərakəndə satış üçün tam ekosistem
Kassa, back-office, fiskal inteqrasiya və müştəri bonus tətbiqi — bir həlldə. İnternet kəsiləndə belə satış dayanmır.
- Offline-first
- Fiskal inteqrasiya
- ERP inteqrasiyası
U-Trade
Mobil satış · SFASahə satışı bütövlükdə cibinizdə
Satış təmsilçiləri üçün mobil tətbiq: GPS təsdiqli ziyarət, sifariş, kassa və merçendayzinq — ERP ilə canlı əlaqədə.
- GPS təsdiqli
- ERP inteqrasiyası
- Bluetooth çek
QuickWMS
Anbar idarəetməsiAnbarınız hər rəf dəqiqliyində nəzarətdə
Ünvanlı saxlama, qəbul, yığım, sayım və daşıma — barkod terminalları ilə kağızsız anbar.
- Ünvanlı saxlama
- Barkod terminalı
- TMS
U-PLAN
Satınalma · PlanlamaNəyi, nə vaxt və nə qədər almalı — rəqəmlərlə
Satış və qalıqlara əsaslanan tələbat planı, avtomatik sifariş təklifləri və təsdiqli satınalma prosesi — nə artıq stok, nə boş rəf.
- Tələbat planı
- Avtomatik sifariş
- Təsdiq axını
U-Bonus
LoyallıqMüştərinizin cibindəki bonus kartı
SMS ilə giriş, bonus balansı, kampaniyalar və filiallar — markanızın adı ilə mobil loyallıq tətbiqi.
- SMS OTP giriş
- Push bildiriş
- U-POS ilə canlı
U-Planogram
Planoqram · MerçendayzinqMağazanızın 3D rəf planı
Mağaza döşəməsinin 3D modeli, vitrin və rəf blokları, məhsulların polkalara yerləşdirilməsi və analitika.
- 3D mağaza
- Rəf analitikası
- Şəbəkə standartı
U-DESK
Rəqəmsal ofisRəqəmsal ofis platforması
Elektron sənəd dövriyyəsi, tapşırıqlar və iş axınları — dəqiq icazələr və tam dəyişiklik jurnalı ilə.
- Sənəd dövriyyəsi
- İcazə matrisi
- Audit jurnalı
MySoft ERP
ERP · MühasibatKiçik və orta biznes üçün veb ERP
Anbar, alış-satış, kassa və kontragent borcları — brauzerdən, istənilən yerdən.
- Brauzerdən işləyir
- Anbar + kassa
- Kontragent balansı
Fərdi layihə
Sifarişlə hazırlanmaSizin prosesinizə uyğun proqram
Hazır məhsul uyğun gəlmirsə, analizdən istismara qədər sıfırdan hazırlayırıq və ya mövcud sisteminizi inkişaf etdiririk.
XidmətlərimizNiyə U-SOFT
Yerli bazarı bilən, kodu özünə məxsus komanda
Yerli tələblərə hazır
Fiskal cihazlar, yerli bank terminalları, SMS şlüzləri və vergi tələbləri ilə iş artıq həll olunub.
Kəsintiyə davamlı
Kassa və terminallar internet olmadan işləyir, əlaqə bərpa olunanda məlumat avtomatik sinxronlaşır.
İnteqrasiya bizim işimizdir
Mikro və digər ERP-lər, barkod terminalları, ödəniş sistemləri — məlumat bir dəfə daxil edilir.
Mənbə kodu bizdədir
Bütün məhsulları özümüz yazırıq. Sizə lazım olan dəyişikliyi başqasını gözləmədən edirik.
Bütün platformalar
Windows, veb, Android və iOS — hər istifadəçiyə ən uyğun cihazda eyni məlumat.
Yaxın dəstək
Quraşdırma, təlim və istismar zamanı birbaşa proqramçılarla əlaqə — Azərbaycan dilində.
Ekosistem
Satınalmadan müştərinin cibinə qədər bir məlumat axını
Məhsullarımız bir-biri ilə və ERP sisteminizlə danışır. Mal sifariş olunduğu andan müştəri bonus qazanana qədər hər addım görünür.
-
Satınalma
U-PLAN
Nəyi, nə vaxt və nə qədər almalı — rəqəmlərlə
-
Anbar
QuickWMS
Anbarınız hər rəf dəqiqliyində nəzarətdə
-
Sahə satışı
U-Trade
Sahə satışı bütövlükdə cibinizdə
-
Mağaza kassası
U-POS
Pərakəndə satış üçün tam ekosistem
-
Müştəri
U-Bonus
Müştərinizin cibindəki bonus kartı
İş prosesi
Tanışlıqdan istismara — dörd addım
-
01
Tanışlıq
Proseslərinizi, mövcud sistemlərinizi və gözləntilərinizi öyrənirik.
-
02
Demo və təklif
Real məlumatlarınıza yaxın demo göstərir, aydın qiymət və müddət təklif edirik.
-
03
Quraşdırma və təlim
Sistemi qurur, köhnə məlumatları köçürür, əməkdaşlarınızı yerində öyrədirik.
-
04
Dəstək və inkişaf
İstismarda yanınızdayıq; yeni tələblər yarandıqca sistemi birlikdə böyüdürük.
Biznesinizi rəqəmsallaşdırmağa hazırsınız?
Ehtiyaclarınızı danışaq, sizə uyğun həlli göstərək. Demo pulsuzdur və heç bir öhdəlik yaratmır.