Haqqımızda
Real biznesin içindən çıxan proqramlar
U-SOFT proqram təminatı hazırlayan yerli komandadır. Məhsullarımızın hər biri konkret müəssisənin gündəlik problemindən doğulub: növbəsi uzanan kassa, kağızla işləyən anbar, marşrutu görünməyən satış təmsilçisi, Excel-də hesablanan satınalma sifarişi.
Yanaşmamız
Əvvəl prosesi anlayırıq, sonra kod yazırıq
Proqram yalnız o zaman fayda verir ki, onu istifadə edən kassir, anbardar və ya həkim işini daha rahat görsün. Buna görə hər layihəyə sahədə müşahidə ilə başlayırıq, istifadəçilərlə birlikdə sınaqdan keçiririk və sistem işə düşdükdən sonra da yanlarında qalırıq.
Bütün məhsullarımızın mənbə kodu bizə məxsusdur. Bu, sizə lazım olan dəyişikliyi xarici tərəfdaşı gözləmədən, qısa müddətdə və məntiqli qiymətə etməyə imkan verir.
-
Etibarlılıq
Canlı mağaza və anbarlarda fasiləsiz işləyən sistemlər qururuq — məlumat itkisi qəbul edilməzdir.
-
Sürət
Kassada hər saniyə önəmlidir; interfeysləri minimum klik üçün dizayn edirik.
-
Tərəfdaşlıq
Müştərilərimizlə uzunmüddətli işləyirik — sistem biznesinizlə birlikdə böyüyür.
Biznesinizi rəqəmsallaşdırmağa hazırsınız?
Ehtiyaclarınızı danışaq, sizə uyğun həlli göstərək. Demo pulsuzdur və heç bir öhdəlik yaratmır.